20 C
Baku
Saturday, September 28, 2024

Stadionun havası satışa çıxarıldı – 65 manata

Dünyanın məşhur internetlə alış-veriş saytı olan “eBay”-da “Lester Siti”klubunun stadiondakı hava satışa çıxarılıb. Havanın 1 litri 30 funt sterlinqə (65 AZN) qiymətləndirilib. “Kinq Pauer”stadiondakı hava şüşə bankalarda təklif edilir.

Elanda deyilir: “Kinq Pauer” stadionunun qidalanma zonasından götürülən təmiz havadan siz də udun. Belə şans həyatda ancaq 1 dəfə olacaq”.

Hərraca 10 banka çıxarılıb. Artıq potensial alıcılar da var.

İngiltərə çempionatının 36-cı turunda “Lester Siti”in ən yaxın izləyicisi “Tottenhem” “Çelsi” ilə oyunda xal itkisinə məruz qalıb – 2:2. Bunun nəticəsində “Lester Siti”nin londonlularla sona 2 tur qalmış  7 xallıq fərqi yaranıb. 36-cı turdan sonra “Lester”in 77, “Tottenhem”in isə 70 xalı var. “Lester Siti” son iki turun nəticəsindən asılı olmayaraq tarixində ilk dəfə Premyer Liqanın qalibi adını qazanıb.

"Lester Siti" klubu İngiltərə çempionu oldu
“Lester Siti” klubu İngiltərə çempionu oldu

Qeyri-adi hadisə bir müddət əvvəl Çində də baş verib. Ölkənin paytaxtıPekində içərisində təmiz hava olan balonlar satılmağa başlayıb. Buna səbəb havanın həddən artıq çirklənməsidir. Paytaxt sakinləri Kanadadan gətirilən təmiz oksigenlə dolu balonlar alıb. Balonların qiymətləri həcminə görə dəyişir. Bir balonun qiyməti 46 (69 AZN) dollar olub. Daha kiçik balonların qiyməti isə 20-30 dollar arasında dəyişib.

Çində hava pulnan satılır
Çində hava pulnan satılır
ANS PRESS

 

Son xəbərlər
Digər xəbərlər