“Standard Chartered” strateqləri yazır ki, neft bazarında gözlənilən tədarük bolluğuna dair heç bir əlamət yoxdur. Proqnozlara görə, “Brent” markalı neftin qiyməti bu il bir barel üçün 90 dollardan yuxarı səviyyədə qalacaq.
Bank qlobal neft tələbinin bu il 1.3 milyon barel, gələn il isə 1.2 milyon barel olacağını gözləyir. “Standard Chartered” ekspertləri yazır ki, bu rəqəmlər uzunmüddətli tendensiyaya yaxın olacaq.
Bununla yanaşı, bankın neftə tələbat proqnozu bu il qlobal ehtiyatların sutkada 200 min barel azalacağını göstərir.