10 C
Baku
Wednesday, March 4, 2026

Standard Insurance-nin birləşmiş 1.75 mln. manatlıq mənzilləri hərracda

Ləğv prosesində olan ASC Standard Insurance Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil satışa çıxarılacaqdır. Hərrac  “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən  24 avqust 2021-ci il tarixində saat 11:00-da Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Bu barədə LPO ASC Standard Insurance Sığorta Şirkətinin ləğvetmə komissiyası bildirib.

Hərraca çıxarılan predmetin satış qiyməti: 1 750 000 (bir milyon yeddi yüz əlli min)  manatdır. Hərracda iştirak üçün ilkin satış qiymətinin 1 %-i, yəni 17.500 (on yeddi min beş yüz) manat məbləğində beh ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:

 

 Daşınmaz əmlak növü Ünvanı Ümumi sahəsi  Satış qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 56.6 м² 1 750 000 17 500
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 46.5м²
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 52.7 м²
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 114.7 м²

 

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən  əldə etmək mümkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/legv-prosesinde-olan-standard-insurance-mexsus-emlakllarin-herraci-baresinde

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər