21.7 C
Baku
Şənbə, Sentyabr 18, 2021

“Standard Insurance” şirkətinin əmlaklarının satışı ilə bağlı növbəti hərrac keçirilib

Screen Shot 2021 09 02 at 14.34.20

Ləğvetmə prosesində olan ASC “Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı yanvarın 11-də növbəti hərrac keçirilib.

ASC-dən bildirilib ki, hərracda “Lada Niva” və “Hyundai Accent” markalı iki nəqliyyat vasitəsi satışa çıxarılıb. “Lada” markalı nəqliyyat vasitəsini almaq üçün iddialı iki şəxs – Nəzərov Emin Rzaqulu oğlu və Hüseynov Elçin Yavuz oğlu iştirak ediblər. 5130 AZN ilkin satış qiyməti ilə başlanmış hərrac 5630 AZN satış məbləği ilə tamamlanıb. 500 manatlıq qiymət artımı ilə Hüseynov Elçin Yavuz oğlu hərracın qalibi olub. Təmirə ehtiyacı olan bu nəqliyyat vasitəsi 2012-ci il istehsalıdır.

“Hyundai Accent” markalı nəqliyyat vasitəsinin hərracında isə üç iddiaçı – Nəzərov Emin Rzaqulu oğlu, Hüseynov Elçin Yavuz oğlu və Həsənli Qulam Hikmət oğlu iştirak ediblər. Beş dəfə 500 manatlıq hərrac addım ilə qiymət artırılıb və nəticədə ilkin satış qiyməti 9900 AZN olan nəqliyyat vasitəsi 12 min 400 AZN qiymətə satılıb. Hərracın qalibi Hüseynov Elçin Yavuz oğlu olub. Əsaslı təmirə ehtiyacı olan bu nəqliyyat vasitəsi 2012-ci il istehsalıdır.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:Azərtac
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər