10 C
Baku
Friday, December 13, 2024

“Standard İnsurance” zərərdən çıxa bilmədi – 2 milyon manata yaxın zərər açıqladı

“Standard İnsurance” Sığorta şirkətinin 2019-cu ildə zərəri 1 milyon 774 min manat təşkil edib. Belə ki, 2018-ci ilin müvafiq dövrüylə müqayisədə sığorta şirkətinin zərəri 73% artıb.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Standard Insurance”nin gəlirləri 11,483 milyon manat, xərcləri isə 13,257 milyon manat təşkil edib. İllik müqayisədə “Standard İnsurance” şirkətinin gəlirləri 12%, xərcləri isə 6% azalıb.

2019-cu ildə “Standard Insurance”nin aktivləri 18,355 milyon manat olub ki, bu da 2018-ci ilin analoji dövrüylə müqayisədə 6% artması deməkdir.

Onu da qeyd edək ki,  sığorta şirkətinin öhdəlikləri  13,282 milyon manat, balans kapitalı isə 5,073 milyon manat olub.

Son xəbərlər
Digər xəbərlər