13 C
Baku
Thursday, November 14, 2024

“Standard Insurance”a məxsus əmlakın satış qiyməti 2 dəfə ucuzlaşıb

Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin Ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzilin satışı ilə bağlı növbəti hərrac keçiriləcək.

Bu barədə “Standard Insurance”ın ləğvetmə komissiyasından məlumat verilib.

Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 23 dekabr 2021-ci il tarixində saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 977,5 min manat, behin məbləği: 9,775 min manatdır.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü Ünvanı Ümumi sahəsi Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 56.6 м² 977 500 9 775
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 46.5м²
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 52.7 м²
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 114.7 м²

Xatırladaq ki, əmlak ilkin olaraq 2 milyon manata şatışa çıxarılıb.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:

https://birjanews.az/herrac-elanlar/91

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər