“Standard İnsurance” sığorta şirkətində daha bir təyinat olub. Abbas Miskərli sığorta şirkətinin anderraytinq və təkrarsığorta departamentinin rəhbəri seçilib.
Bu barədə mənbəyə A.Miskərli məlumat verib. O bildirib ki, yanvar ayının 19-dan etibarən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, A.Miskərli buna qədər “AzSığorta” şirkətinin korporativ satış departamentinin direktoru vəzifəsində çalışıb.
©Fins.az