Ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil satışa çıxarılacaqdır.
Hərrac “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən 7 iyun 2021-ci il tarixdə saat 11:00-da Bakı şəhəri, Səbail rayonu Ə.Cavid küc.,ev 15 mən 1 ünvanda keçiriləcəkdir. Hərraca çıxarılan predmetin satış qiyməti: 1 800 000 (bir milyon səkkiz yüz min) manat, iştirak haqqının məbləği: 500 (beş yüz) manat, Behin məbləği: 18 000 (on səkkiz min) manatdır.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Daşınmaz əmlak növü | Ünvanı | Ümumi sahəsi | Satış qiyməti
AZN |
İştirak haqqı
AZN |
Beh
AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil | Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 | 56.6 м² | 1 800 000 | 500 | 18 000 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 | 46.5м² | ||||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 | 52.7 м² | ||||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 | 114.7 м² |
ASC “Standard Insurance” Sığorta Şirkətinin Ləgvetmə komissiyası bildirilir ki, 7 iyun 2021-ci il tarixində keçirilməsi nəzərdə tutulan hərrac satışı sayca üçüncüdür. Birinci və ikinci hərrac satışları müvafiq sayda iştirakçı olmadığı üçün baş tutmamışdır. Bu səbəbdən hərrac qaydalarına uyğun olaraq əmlakın ilkin satış qiyməti (2 000 000 manat) 10 % azaldılaraq üçüncü hərracda 1 800 000 (bir milyon səkkiz yüz min) manat müəyyən edilir.
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linklərdən əldə etmək münkündür:
https://tap.az/elanlar/dasinmaz-emlak/obyektler-ve-ofisler/25336904
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.