Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləğvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil onların ümumilikdə satış qiyməti olan 1.150.000 (bir milyon yüz əlli min) manatdan 5% aşağı olmaqla, yəni 1.092.500 (bir milyon doxsan iki min beş yüz) manata təkrar açıq hərraca çıxarılacaq. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 23 noyabr 2021-ci il tarixində saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcək.
Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 10.925 (on min doqquz yüz iyirmi beş) manat məbləğində beh ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Daşınmaz əmlak növü | Ünvanı | Ümumi sahəsi | Hərrac qiyməti
AZN |
Beh
AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil | Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 | 56.6 м² | 1.092.500 | 10.925 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 | 46.5м² | |||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 | 52.7 м² | |||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 | 114.7 м² |
Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək münkündür:
https://www.birjanews.az/herrac-elanlar/64
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladaq ki, əmlak ilkin olaraq 2.000.000 (iki milyon) manata şatışa çıxarılmışdır.