“Standard İnsurance”ın müştəriləri mühüm: bu quruma müraciət etməlidirlər

Sürücü sığorta hadisəsi zamanı SŞ-yə zəng vurur

“Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə bağlanan “Standard İnsurance” sığorta şirkətinin müştəriləri yaranan bütün mübahisələrlə bağlı İcbari Sığorta Bürosuna (İSB) müraciət edə bilərlər”.

Bunu AzTV-nin efirində yayımlanan “İqtisadiyyat xəbərləri” verlişində İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov bildirib.

Onun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq, Büroya üzv sığorta şirkətləri topladığı sığorta haqlarının 5%-ni İSB-yə təqvim haqqı olaraq ödəyirlər: “Toplanan vəsaitlər isə bu dövrdə baş verən hadisələr zamanı sığorta haqlarının ödənilməsinə yönəldilir”.

Məlumata görə, hazırda müxtəlif sığorta sahələri üzrə İcbari Sığorta Bürosuna 15 sığorta şirkəti üzv olub.

Qeyd edək ki, Azərbaycan Respublikasnın Mərkəzi Bankının İdarə Heyətinin 19 may 2020-ci il tarixli müvafiq qərarı ilə ASC “Standard Insurance” sığorta şirkəti kapitalını tam itirdiyinə, cari fəaliyyətini etibarlı qaydada həyata keçirmədiyinə və istehlakçılarının hüquqlarının pozulmasına yol verdiyinə görə “Sığorta fəaliyyəti haqqında” Qanunun 107.1.4-cü, 109.1.2-ci, 118.1.1-ci və 118.1.2-ci maddələrinə əsasən sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları