3 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

“Standard Insurance”nın dörd mənzili üçün müştəri tapılmır – Qiymətləri 2 mln.-dan 920 min manata düşdü

“Standard Insurance” ASC-nin dörd mənzili üçün müştəri tapılmır ki, tapılmır.

Bu barədə Banker.az-a “Standard Insurance”ın sığorta şirkətinin ləğvetmə komissiyası bildirib.

Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil onların ümumilikdə satış qiyməti olan 1 150 000 manatdan 20% aşağı olmaqla, yəni 920 000 manata təkrar açıq hərraca çıxarılacaq.

Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 12 yanvar 2022-ci il tarixində saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.

Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 9 200 ()(doqquz  min iki yüz) manat məbləğində beh ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:

 Daşınmaz əmlak növü Ünvanı Ümumi sahəsi Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 56.6 м² 920 000  9 200
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 46.5м²
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 52.7 м²
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 114.7 м²

 

Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə  satışının təşkili davam edəcəkdir  və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.

Xatırladaq ki, əmlak ilkin olaraq 2 000 000 manata şatışa çıxarılmışdır.

Son xəbərlər
Oxşar xəbərlər