“Standard Insurance” ASC-nin dörd mənzili üçün müştəri tapılmır ki, tapılmır.
Bu barədə Banker.az-a “Standard Insurance”ın sığorta şirkətinin ləğvetmə komissiyası bildirib.
Ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil onların ümumilikdə satış qiyməti olan 1 150 000 manatdan 20% aşağı olmaqla, yəni 920 000 manata təkrar açıq hərraca çıxarılacaq.
Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 12 yanvar 2022-ci il tarixində saat 11:00-da (növbəlilik qaydasında) Bakı şəhəri, Yasamal rayonu M.Rahim 4A ünvanında keçiriləcəkdir.
Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 9 200 ()(doqquz min iki yüz) manat məbləğində beh ödənilməlidir.
Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapmışdır:
Daşınmaz əmlak növü | Ünvanı | Ümumi sahəsi | Hərrac qiyməti
AZN |
Beh
AZN |
Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 mənzil | Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20 | 56.6 м² | 920 000 | 9 200 |
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49 | 46.5м² | |||
Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50 | 52.7 м² | |||
Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65 | 114.7 м² |
Ləğvetmə komissiyası həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcəkdir və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcəkdir.
Xatırladaq ki, əmlak ilkin olaraq 2 000 000 manata şatışa çıxarılmışdır.