10 C
Baku
Thursday, December 12, 2024

“Standard İnsurance”nin nizamnamə kapitalı artırılıb

ASC “Standard İnsurance” Sığorta Şirkətinin nizamnamə kapitalı artırıldı.

Kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə ASC “Standard İnsurance” Sığorta Şirkətinin yeganə səhmdarı “AB Standard” QSC qərar qəbul edib.

Qərarda yeni səhmlərin emissiya edilməsi yolu ilə Şirkətin nizamnamə kapitalının 1 600 000 (bir milyon altı yüz min) manat həcmində artırılması öz əksini tapıb. Bununla əlaqədar, hər birinin nominal dəyəri 100 (yüz) AZN olan, 16 000 (on altı min) ədəd adi adlı sənədsiz səhmlərin emissiyası dövlət qeydiyyatına alınıb.

2002-ci ilin fevral ayından təsis edilmiş, həmin ilin 21 oktyabr tarixindən etibarən fəaliyyətə başlamış ASC “Standard İnsurance” SŞ öz fəaliyyətini milli, beynəlxalq və korporativ standartların tələblərinə uyğun təşkil etməkdədir. Hazırda şirkət 4 növ icbari, 24 növ könüllü sığorta növü üzrə xidmət göstərir. Şirkət geniş fərdi və korporativ müştəri bazasına malikdir.

Son xəbərlər
Digər xəbərlər