“Standard Insurance” ASC-nin yeni rəhbərliyinin adı açıqlanıb.
Banker.az-ın əldə etdiyi məlumata əsasən, Direktorlar Şurası sədri Rəhman Babayevin adı siyahıdan götürülüb və yerinə Nicat Məmmədov təyin olunub.
Xatırladaq ki, “Standard Insurance” ASC 2002-ci ildən fəaliyyıta başlayıb, nizamnamə kapitalı hazırda 11 mln. manatdır. Sığorta Şirkətinin səhmləri bir hüquqi şəxs olan “AB Standard” Şirkətlər Qrupuna məxsusdur.