“Standard & Poor’s” Beynəlxalq Reytinq Agentliyi (S&P) 2017-ci il üçün neftin qiyməti üzrə proqnozlarını yaxşılaşdıraraq bir barelə görə 45 dollardan 50 dollara qaldırıb.
Bu barədə kredit agentliyinin bəyanatına istinadən “Bloomberg” məlumat yayıb.
“Biz, OPEC üzvlərinin neft hasilatının sutkada 1,2 milyon barel azaldılması, həmçinin qeyri-üzv ölkələr ilə isə hasilatın sutkada 558 min barel azaldılması barədə razılığın əldə olunmasından sonra neftin qiyməti üzrə proqnozumuza yenidən baxdıq. OPEC-in bəyanatına bilavasitə reaksiya hazırda qiymətləndirmə üçün aşağı hədd müəyyənləşdirən cari qiymətlərin sıçraması oldu”, – deyə S&P-nin analitiki Tomas Uotters bildirib.