8 C
Baku
Thursday, December 12, 2024

“Standard & Poor’s” ABŞ-ın iqtisadi artım proqnozunu azaltdı

“Standard & Poor’s” (S&P) beynəlxalq kredit reytinq agentliyi Çində yayılmış koronavirusun ABŞ iqtisadiyyatı üçün “əlamətdar tərs külək” yaratdığını bildirərək ölkənin iqtisadi artım proqnozunu azaldıb.

Agentlik bu ilin ilk rübündə ABŞ-da ümumi daxili məhsulun (ÜDM) 1% artacağını proqnozlaşdırır.

Bundan əvvəl isə proqnoz göstəricisi 2,2% olub.

S&P bu ilin II rübü üçün isə iqtisadi artım proqnozunu dəyişməyib və 1% saxlayıb.

“Koronavirusun təsirini nə qədər saxlayacağını bilmirik. Vəziyyətin daha da pisləşəcəyinə inandığımız üçün proqnozlarımızı yenilədik”, – agentliyin baş iqtisadçısı Bes Ann Bovina bildirib.

©Report

Son xəbərlər
Digər xəbərlər