“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini “BB+/B” səviyyəsində təsdiq edib. Bu barədə agentliyin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, kredit reytinqinin proqnozu “sabit”dən “mənfi”yə düşdü.
“Azərbaycan maliyyə, tədiyə balansı və artım göstəricilərin üzərindəki mənfi təsirlərin qarşısını alaraq, hərbi münaqişə və uzunmüddətli qeyri-müəyyənlikləri azaltdıqdan sonra, kredit reytinqi üzrə proqnoz “sabit”ə yüksələ bilər”, – “S&P Global Ratings” bəyan edib.
Qeyd edək ki, agentlik Azərbaycanın kredit reytinqinə növbəti dəfə 2021-ci ilin yanvar ayında baxacaq.