“Standard & Poor’s Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli emitentin defolt reytinqini “BB+/В” səviyyəsinə yüksəldib.
Reytinq “neqativ”dən “stabil”ə doğru dəyişdirilib.
“BB” kateqoriyasına daxil olan müstəqil dövlətlər arasında Azərbaycanın büdcə və xarici fiskal mövqeyi ən güclülərdən biri hesab olunur. Bu mövqe COVID-19-un səbəb olduğu zəif iqtisadiyyat dönəmində qorunub saxlanılıb. “S&P”in proqnozlarına görə, 2021-2024-cü illər ərzində Azərbaycanda ÜDM-in orta illik artım göstəricisi 3,4 faiz təşkil edə bilər. 2020-ci ildə COVID-19 səbəbilə Azərbaycanda ÜDM göstəricisi zəifləyərək 5 faiz təşkil edib.
Agentlik növbəti illərdə Azərbaycan iqtisadiyyatına investisiya həcminin artacağını, inflyasiya göstəricisinin dəyişəcəyini və işsizlik səviyyəsinin ortamüddətli period üzrə enəcəyini proqnozlaşdırır.