“Standard & Poor’s” (S&P) beynəlxalq reytinq agentliyi İngiltərənin kredit reytinqi üzrə proqnozunu “Mənfi”dən “Sabit”ə dəyişib.
Bu barədə “Bloomberg” agentliyinə istinadən xəbər verilir.
Məlumata görə, ölkənin xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli reytinqi isə AA/A-1+ səviyyəsində təsdiqlənib.
“S&P” bu il ingiltərədə iqtisadi artımın 1,3%, növbəti 3 ildə isə müvafiq olaraq 1%, 1,7% və 1,6% təşkil edəcəyini proqnozlaşdırır.
©Report