14 C
Baku
Saturday, November 16, 2024

“Standard & Poor’s” reytinq agentliyinin prezidenti istefa verib

“Standard & Poor’s Ratings Services” beynəlxalq reytinq agentliyinin prezidenti Nirac Saxay istefa verib.

RİA “Novosti” agentliyinin verdiyi xəbərə görə, N. Saxay istefaya getmə səbəbini başqa imkanları dəyərləndirmək istəyi ilə əlaqələndirib.

N. Saxay bu vəzifəyə 2013-cü ilin noyabrından təyin olunub, 2014-cü il yanvarın 6-dan isə vəzifəsinin icrasına başlayıb. Buna qədər isə “Citigroup”un qiymətli kağızlarla iş və fondlara xidmət şöbəsinə rəhbərlik edib.

Qeyd edək ki, N. Saxaydan sonra agentliyə rəhbərlik “McGraw Hill Financial” təşkilatının kadrlarla iş departamentinin vitse-prezidenti Con Berisforda (John Berisford) həvalə olunub.

APA

Son xəbərlər
Digər xəbərlər