7 C
Baku
Tuesday, January 7, 2025

STAR Türkiyənin ən iri neft emalı zavoduna çevrilib

Ötən ilin sonundan etibarən SOCAR-ın Türkiyədəki STAR neft emalı zavodunun (NEZ) illik emal gücü 13 mln. tona çatdırılıb.

Bunu İstanbulda keçirilən mətbuat konfransı zamanı “SOCAR Türkiye”nin (SOCAR-ın Türkiyədə maraqlarını təmsil edir) Baş icraçı direktoru Elçin İbadov bildirib.

Onun sözlərinə görə, NEZ-in istehsalat gücünün artırılması nəticəsində STAR Türkiyənin ən iri neft emalı zavoduna çevrilib.

Elçin İbadov onu da qeyd edib ki, hazırda STAR Türkiyənin emal olunmuş neft məhsullarına olan ehtiyacının 18%-i qarşılayır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər