12 C
Baku
Thursday, November 14, 2024

Starbucks banklardan daha çox pula sahibdir

İnsanların bəziləri pullarını banklara əmanət edərək vəsaitlərini orada saxlayır. Bəziləri isə, əksinə sahib olduğu pulları keçmiş adətlərə uyğun olaraq yastıq altında gizlədir. Lakin, nə banklara, nə də yastıq altına etibar etməyən insanlar üçün yeni bir üsul peyda olub. Bu isə məşhur qəhvə brendi olan Starbucks-ın kartlarıdır.

The Wall Street Journal nəşrinin analitikləri amerikalıların əksəriyyətini öz əmanətlərini harada – bankda, elektron pulqabıda və yaxud hər hansı başqa bir yerdə saxlamağa üstünlük verdiyini araşdırmağa qərar vermişlər.

Sözügedən bu araşdırma məticəsində belə məlum olur ki, yığım endirim kartları böyük populyarlıqla istifadə olunur. Belə ki, cari ilin birinci rübünün nəticələrinə əsasən, Starbucks kartlarında və mobil tətbiqetmələrində 1,2 milyard dollar toplanmışdır.

Bu məbləğ bəzi amerikan banklarının depozit həcmini geridə qoymuşdur ki, bu banklar sırasında California Republic Bancorp, Mercantile Bank Corp. və Discover Financial Services də var.

Starbucks kartlarındakı vəsaitlər dünyanın ən nəhəng qəhvə şəbəkəsində məhsulların əldə edilməsi üçün istifadə oluna bilər.

Amerikalı və kanadalılar öz qəhvə sifarişlərinin 41%-ni bu hesablar vasitəsilə ödəyirlər. Starbucks şirkətinin endirim proqramından fəal şəkildə istifadə edənlərin sayı isə 12 milyon nəfərə bərabərdir.

Əvvəllər yayılan məlumata görə, şirkət cari ilin sonuna qədər tam təminatlı ödəniş alətləri buraxmağı planlaşdırır. Məşhur şirkətin partnyor bankı isə Chase-dir. Yaradılacaq bu kartlar vasitəsilə nəinki Starbucks şəbəkələrində hesab ödəmək, həmçinin Visa kartı qəbul edilən digər ticarət nöqtələrində də ödəniş etmək mümkün olacaq.

Bundan əlavə, qəhvə şəbəkəsi alış-verişin haqqını ödəmək üçün tətbiqetmə təqdim edərək ilin mobil riteyleri adına layiq görülüb. Starbucks-dan edilən qəhvə sifarişlərinin 20%-inin haqqı smartfon vasitəsilə ödənilir.

Son xəbərlər
Digər xəbərlər