16 C
Baku
Saturday, April 27, 2024

“Starbucks-da mənə sevinc bəxş edən işləri edirəm” -Kevin Johnson

Necə oldu ki, uzun illər boyu texnoloji şirkətlərə rəhbərlik edən Kevin Johnson Starbucks-da baş direktoru vəzifəsini tutdu? Bu hekayə 2012-ci ildə Juniper Networks-un baş direktoru olan Johnson-a dəri xərçəngi diaqnozu qoyulandan bəri başladı. Bir neçə ay ərzində o, həkimlərin qəbuluna getmədi və sonra özündən soruşdu: “Niyə işi sağlamlığımdan üstün tuturam? Axı mən ölə bilərəm!”. O, işdən çıxdı və həyat yoldaşı, ailəsi və dostları ilə daha çox vaxt keçirməyə başladı. 

Həmin dövrdə Johnson özü üçün yeni bir qayda yaratdı: bundan sonra yalnız sevinc gətirəcək şeylər etmək. Bir neçə il sonra Starbucks-ın baş direktoru olan Howard Schultz, Johnson-u yeməyə dəvət edir və keçmişdə texnoloji şirkətlərin idarəçisi bu şirkətdə işə başlayır. 2017-ci ildən başlayaraq Kevin Starbucks-ın baş direktoru və prezidenti vəzifəsini icra etməyə başlayır. “Və mən artıq Starbucks-dayam. Sevdiyim insanlarla mənə sevinc bəxş edən işləri edirəm”, – deyə Kevin Johnson deyir. 

Bu ifadəni yəqin ki, tez-tez eşidirsiniz: “Əlbəttə ki, sizin üçün hər şey asan idi, çünki bundan əvvəl böyük bir texnologiya şirkətinin baş direktoru idiniz. Bəs mən bunu bacara biləcəyəm?” 

Düşünürəm ki, hər kəs bunu bacara bilər. Siz özünüzə və həyata qarşı dürüst olmalısınız, daxilən dəyişməyə başlamalısınız. İlk olaraq bu və ya digər davranışın səbəbini axtarıb tapmalısınız. Bundan sonra özünüzü azad hiss edə biləcəksiniz. Hər halda, məndə elə oldu. 

Dünyanın ən çox tanınmış insanlardan biri olan Howard Schultz-un yerinə gəlmək necə bir hissdir?

Şirkət üçün rəhbərin idarəçi liderdən ilham verici liderə keçid etməsi çox önəmlidir. Əlbəttə ki, dünyanın ən məşhur markalarından biri olan Starbucks-da bunu etmək daha çətin olmuşdur.

Haradasa üç il bundan əvvəl Howard Schultz və komandamız kafedə, taxta döşəmənin üstündə oturmuşdur. Qəflətən Schultz cibindən açar çıxartdı və onu mənə tərəf uzadaraq dedi: “Kevin, bu mənim şəxsi açarımdır. Mən illərdir ki, onu üstümdə gəzdirirəm. Bu açarı sənə tamamlanmış keçidin simvolu olaraq bağışlayıram”. İndi mən də həmin açarı həmişə üstümdə götürürəm, çünki bu mənim məsuliyyətimdir. Mən keçmişin tapıntılarına hörmətlə yanaşmalıyam, əks halda dünya bizi çox geridə qoyacaqdır. 

Çoxları düşünür ki, Howard intuisiyaya, siz isə məntiqinizə güvənib qərar qəbul edirsiniz. Bu həqiqətən də elədir?

Mən həqiqətən də daha çox məntiqə güvənirəm və bunu qəbul edirəm. Howard Schultz artıq üç ildir bu sahədə çalışır, mən onunla müqayisədə təcrübəsizəm. Çox vaxt qərarlarımı əlimdə olan məlumatlara əsasən qəbul edirəm, bu bizim hər birimizə aiddir. Şirkətimiz həftədə 100 milyondan çox müştəriyə xidmət edir, ona görə də təhlilə və əlimizdə olan məlumatlara güvənmək bizim üçün daha effektivdir. 

Vəzifəyə başladığınız gündən bəri sizin üçün ən çətin olan qərarlar hansılar olub? Onlardan bir-iksini deyə bilərsiniz?

Biz bütün diqqətimizi ancaq vacib məsələlər üzərində cəmləşdirmək üçün şirkətimizi optimallaşdırdıq və bunun üçün bir sıra addımlar atmalı olduq. Məsələn, bizim iki çay markamız var idi (Tazo Teavana). Biz Unilever şirkətinə məxsus olan Tazo markasını satdıq və bütün gücümüzü Teavana-ya yönəltdik. Şirkətin fəaliyyətini optimallaşdırmaq üçün Teavana brendi altında işləyən 300 mağazanı bağladıq və bu çayı yalnız Starbucks-da satmağa başladıq. Bundan əlavə, bazarlarımızın bir hissəsini lisenziyalı modelə keçirtdik ki, bu sahədə daha çox inkişaf edə bilək. 

Ən çətin qərarlardan birini keçən il vermişdim. Şirkəti optimallaşdırmaq və innovasiyaları yeritmək üçün işçilərin sayını azaltdıq. Əlbəttə ki, bu mənim üçün çox çətin bir qərar idi. 

Siz Çində hər 15 saatdan bir yeni filial açırsınız. Əlbəttə ki, siz çox böyük şəbəkəsiniz, amma orada sizin rəqibləriniz çoxdur. Sərt rəqabət şəraitində bazarda liderliyi necə qoruyub saxlaya bilirsiniz? 

Biz bütün digər bazarlarda olduğu kimi, Çinin bazarında da eyni qaydada qalib gəlirik. Nəzərinizə çatdırım ki, biz xidmətimizi insan əlaqələri üzərində qururuq və məhsulumuza bahis edirik. Sənətkarlıq, komfort və texnologiyalar da çox önəmlidir. 

Çində çay mədəniyyətini qəhvə mədəniyyəti ilə tanış edirik. Bu, yerli bazarda qəhvə mədəniyyətini inkişaf etdirir və əlbəttə ki, Starbucks üçün bu çox yaxşıdır. Əslində, Çin bazarında uzunmüddətli perspektivlər var. 

Necə düşünürsünüz. ABŞ və Çin arasındakı münasibətlər sizə mənfi təsir göstərə bilərmi? Starbucks qlobal şirkətlərdən biridir, eyni zamanda Amerikanın simvoludur. 

Bu günə qədər ABŞ və Çin arasındakı münasibətlər bizə təsir göstərməyib. Buna baxmayaraq, mümkün dəyişikləri nəzərə alırıq. Biz strateji qərar verdik və uzunmüddətli perspektivdə ona sadiq qalmaq niyyətindəyik. 

Niyə Hindistan bazarında inkişaf etmək istəmirsiniz? Uğurlu açılışdan sonra 11 şəhərdə 150 dənə ticarət nöqtəsi açımısınız.

Hindistan bazarında Tata Group ilə ortaq bir müəssisə olaraq daxil olduq. Onlar bizim ən yaxşı tərəfdaşımız idi və biz genişlənməyə davam edirik. Qeyd etmək istərdim ki, iki ay bundan əvvəl Çində idim, yerli bazarda 20 illik yubileyimizi qeyd edirdik. Bizi qəbul edən ölkənin bazarına çıxmaq üçün kifayət qədər təcrübəliyik, düşünürəm ki, 20 ildən sonra Hindistanda da bizim əsas bazarımız olacaqdır. 

Siz uzun müddət ərzində dünyanın ən böyük texnologiya şirkətlərinin birində çalışmışınız. Necə düşünürsünüz, yeni texnologiyalar, məsələn, süni intellekt və virtual reallıq müştəriləriniz ilə olan insani münasibətləri qoruyub saxlaya biləcəklərmi? 

Müasir pərakəndə satış əsas iki element üzərində qurulur. Birincisi, siz alıcıları cəlb etmək üçün xidmətinizin yüksək səviyyədə olmasını təmin etməlisiniz. İkincisi, xidmətinizi rəqəmsal sahəyə inteqrasiya etməlisiniz. Əgər bunların hər iksini realizə edə bilməsəniz, biznes müəyyən çətinliklərlə üzləşəcəkdir. 

Bizim Deep Brew adlı layihəmiz var, hansıki rəqəmsal sahənin inkişaf etdirilməsinə yönəlir. 

Bu gün biz qəhvə hazırlayan aparatlarda müasir texnologiyalardan istifadə edirik, soyuducuya qoyduğumuz ərzaqların xarab olub-olmamasına xüsusi proqramlar vasitəsilə nəzarət edirik. Avtomatlaşdırma işçilərimizə müştəriyə daha çox vaxt ayırmağa imkan verir. Bu, Starbucks-ın digital strategiyasının əsasını təşkil edir. 

Doğru seçim və müəyyən maliyyə səviyyəsini təmin etmək ehtiyacı arasındakı dilemma ilə necə mübarizə aparırsınız?

Birincisi, bir şirkət olaraq hədəfimiz qazanc əldə etmək deyil. Starbucks işçilərini tibbi sığorta ilə təmin edən ilk şirkətlərdən biri olub. Bütün işçilərin şirkətdə payı var, biz onlara tərəfdaş deyirik. Biz onları daha diqqətlə dinləyirik, daha çox imkan yaradırıq. 

İkincisi, qəhvəni ilk dayanıqlı kənd təsərrüfatı məhsulu halına gətirməyi hədəfləyirik, buna görə də aqronomiya sahəsinə investisiya yatırırıq və nəticələrimizi fermerlərlə bölüşürük. Bundan əlavə, parçalanan stəkanların istehsalı və kauçuk çöplərdən imtina etmək üzərində artıq çalışırıq. 

Mən Howard Schultz və bu şirkətdə məndən əvvəl işləyən hər bir kəsə minnətdaram, çünki əsas təməli onlar qoyublar. 

Sizi dünya bazarında liderə çevirən faktor hansıdır? Bəlkə, seçdiyiniz sosial proqramdır?

Belə deyək, biz bilirik ki, Starbucks-da işçi axını sahə üzrə aşağı səviyyədədir. Eyni zamanda, bilirik ki, bizimlə uzun müddət əməkdaşlıq edən tərəfdaşlarımız öz müştərilərini daha yaxından tanımaq imkanını qazanırlar. Bu, öz növbəsində, müəssisə və alıcı arasındakı münasibətləri möhkəmləndirir, onlar Starbucks-a daha tez-tez gəlirlər və daha çox məhsul alırlar. 

Qəhvə ilə bağlı hər hansısa ritualınız varmı?

Mən yuxudan tez oyanıram. Adətən evimin yaxınlığındakı Starbucks-da otururam, ekspresso sifariş edib xəbərləri oxuyuram, elektron poçtumu yoxlayıram. İndi hər səhər qəhvə dadıram, bəzən gündə 3-4 fincan içirəm. 

Belə çıxır ki, indi siz özünüzü çox gümrah hiss edirsiniz. 

Bəli, düşünürəm ki, hal-hazırda gümrahlıq şkalasının tam ortasındayam 😊 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər