İyulun 2-də başa çatan üçüncü rübdə “Starbucks”ın gəliri 12.5% artaraq 9.2 milyard dollara çatıb. Bu, şirkət üçün rekord göstərici olsa da, analitiklərin gözləntilərini doğrultmayıb, buna görə də NASDAQ birjasında “Starbucks” səhmləri 1.1% azalıb.
Xalis mənfəət 25.1% artaraq 1.14 milyard dollara, əməliyyat gəliri isə 22.3% artaraq 1.6 milyard dollara çatıb. Yüksək məhsuldarlıq və qiymətlər hesabına əməliyyat marjası 15.9%-dən 17.3%-ə yüksəlib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Eyni zamanda, “Starbucks” üçün Şimali Amerikadan sonra ikinci ən böyük olan Çin bazarı pandemiyadan sağalma fonunda 46% artım göstərib. Üçüncü rüb ərzində “Starbucks” dünya üzrə 588 yeni qəhvəxana açıb. Bunların 61%-i ABŞ və Çində fəaliyyət göstərir. Şirkət il ərzində 10-12% gəlir artımı və 16-17% səhm üzrə mənfəət gözləyir.