Dünyanın ən böyük qəhvəxana şəbəkəsinə sahib olan “Starbucks Corp” şirkəti, koronavirusun yayılması səbəbiylə bağlanan kafelərin fəaliyyətini bərpa edib.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
“Starbucks” ın rəhbəri Kevin Consonun sözlərinə görə, Çində olan qəhvəxanaların 85%-i artıq fəaliyyətini bərpa edib.
Çinin Səhiyyə Dövlət Komitəsi son bir neçə gündə koronavirusa yoluxanların sayının azaldığını qeyd edir – 327 nəfər. Bu, 23 yanvardan bu yana ən aşağı göstəricidir.
Xatırladaq ki, “Starbucks” in Çində 4,29 min qəhvəxanası fəaliyyət göstərir, onlardan 640-ı hələ də bağlıdır.