Yeni baş direktor təyin olunsa da, ABŞ-nin “Starbucks” qəhvə şəbəkəsində ciddi böhran davam etməkdədir.
“Starbucks” artan investisiyalara baxmayaraq, müştərilərin azalmasının qarşısını ala bilmir. Bu, şirkətin satış və qazancına çox mənfi təsir edir. Qəhvə şəbəkəsi cari rübdə satışların təxminən altı faiz azalacağını gözləyir.
Sentyabr ayında ABŞ və Çindəki mühüm bazarlarda zəif tələbat fonunda “Starbucks”a təyin edilən yeni baş direktor Brayan Nikkol şirkətin strategiyasında əsaslı dəyişiklik olacağını bildirib. Yeni strategiyaya görə, satış məntəqələrində mürəkkəb məhsul çeşidi sadələşdiriləcək və qiymətlərə yenidən baxılacaq.
Bununla belə, Brayan Nikkolun açıqlamasından sonra “Starbucks” səhmlərinin dəyəri təxminən dörd faiz ucuzlaşıb.