ABŞ-ın qəhvə evləri şəbəkəsi “Starbucks” Rusiya bazarını tərk etmək qərarına gəlib.
Bu gün şirkətin saytında dərc edilən məlumatda deyilir:
“Starbucks getmək və Rusiya bazarında daha olmamaq qərarına gəlib”.
“Starbucks” Rusiyadakı işçiləri yeni iş tapmaq, altı aylıq əmək haqqı və yardım da daxil olmaqla dəstəyi davam etdirəcəyinə əmin edib.