15 C
Baku
Monday, May 20, 2024

“Starbucks” Rusiyada bu adla işləyəcək

Dünyaca məşhur olan qəhvə şəbəkəsi “Starbucks” yeni adla işləyəcək. Məlumata görə, “VKCoffee” – rebrendiqdən sonra şəbəkənin yeni adının variantlarından biridir. Həmçinin qeyd olunur ki, “Starbucks”ın yeni sahibi restorançı Anton Pinski, reper Timati və senator Arsen Kanokovun “Sindika” holdinqi ola bilər.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Rusiya aktivlərinin Amerika şirkətinə satılması ilə bağlı razılaşma son mərhələdədir. Yeni sahiblər şəbəkənin bütün 130 binasını icarəyə götürmək hüququna malik olacaqlar.

“Starbucks” mayın 23-də Rusiyada işini tamamilə dayandırdığını elan edib. Ümumilikdə ölkədə 2000 əməkdaşın çalışdığı şirkətin 130 məntəqəsi fəaliyyət göstərib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər