13 C
Baku
Tuesday, May 7, 2024

“Starbucks” Rusiyadakı aktivlərini 6 mln. dollara satıb

“Starbucks” aktivlərinin Rusiyada satışı üzrə əməliyyatın məbləği təxminən 500 milyon rubl və ya 6 milyon dollar təşkil edib. Bu barədə “Stars Coffee” qəhvəxanalar şəbəkəsinin həmtəsisçisi Anton Pinski bildirib.

O, iddia edir ki, bir neçə qəhvəxana “icarə şərtləri ilə əlaqədar” bilərəkdən bağlanıb və onların əvəzinə “Starbucks”ın heç vaxt olmadığı yeni yerlərdə kafelər açılıb. “Düşünürəm ki, biz ilin sonuna qədər aktivlərin alınması və yenidən işə salınması üçün xərclənən pulu qaytaracağıq”, – Anton Pinski hesab edir.

“Starbucks” Rusiyanın Ukraynada müharibəyə başlaması fonunda 2022-ci ilin martında ölkədəki kafelərini bağlayıb. Elə həmin ilin iyulunda reper Timati, restorançı Anton Pinski və senator Arsen Kanokovun “Sindika” şirkətinin Rusiya aktivlərini satın alması məlum olub. “Starbucks”ın yerinə “Stars Coffee” qəhvəxana şəbəkəsi açılıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər