12 C
Baku
Wednesday, December 11, 2024

“Starbucks”ın səhmləri yeni CEO-nun təyin edilməsi xəbəri fonunda kəskin bahalaşıb

Brayan Nikkolun şirkətin yeni baş direktoru olacağını elan etdikdən sonra “Starbucks”ın səhmləri 24.5% bahalaşıb. O, hazırda “Chipotle Mexican Grill”in direktorlar şurasının sədri və baş direktoru vəzifəsində çalışır. Eyni zamanda, təyinat xəbəri “Chipotle”nin səhmlərinin qiymətinin 9%-dən çox azalmasına səbəb olub.

Brayan Nikkol 9 sentyabr 2024-cü ildə “Starbucks”da işə başlayacaq. O, avqustun 31-də “Chipotle”dəki vəzifəsini tərk edəcək, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Brayan Nikkol 2018-ci ildən “Chipotle”a rəhbərlik edir və bu müddət ərzində sənayedə yeni standartlar müəyyən edərək şirkəti dəyişdirib. “Chipotle”nin gəliri təxminən iki dəfə, mənfəəti isə yeddi dəfə artıb. “Chipotle”nin səhmlərinin qiyməti Brayan Nikkolun gəlişindən bəri 9 dəfə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər