“Starbucks” və “Pepsi” şirkətləri “Facebook”a qarşı etiraz aksiyasına qoşuldular

Amerikan şirkətlərinin “Facebook”a qarşı elan etdiyi etiraz aksiyasını “Starbucks” da dəstəkləyib. Qeyd edildiyi kimi, “Starbucks” iyul və avqust aylarında bu sosial şəbəkədə reklam yerləşdirməkdən imtina edib.

Banker.az xəbər verir ki, FOX Business-in verdiyi məlumata görə, etiraz aksiyasına həmçinin “Pepsi” şirkəti də qoşulacaq.

Ümumilikdə yüzdən çox şirkət bu aksiyaya qoşulub. Etirazçıların fikrincə, “Facebook” və digər sosial şəbəkələr nifrət oyadan paylaşımlara nəzarət etmir.

“Bloomberg”in qiymətləndirmələrinə görə, etiraz aksiyası nəticəsində “Facebook” un bazar dəyəri 56 milyard, Mark Çukerberqin sərvəti isə 7 milyard dollar azalıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları