25 C
Baku
Saturday, April 20, 2024

Starbuks – uğurlu biznes haqqında bilmədiyimiz faktlar

Bir neçə il əvvəl qəhvənin keyfiyyətindən narazı olan bir neçə gənc onu özləri hazırlamağa və insanlara satmağa qərar verirlər. Son nəticədə bu ideya nə qədər uğurlu olduğunu sübut edir. Brendin qəhvə həvəskarları arasında kifayət qədər populyar olmasına baxmayaraq, çox az insan sevimli qəhvələrinin tarixindən xəbərdardır.

Starbucks yaradıcıları milyard dollarlıq layihəni əldən vermişlər:

1966-cı ildə hollandiyalı qəhvə mütəxəssisi Alfred Pit Kaliforniya ştatı, Berklidə Peet’s Coffee & Tea kafesini açır. Bu zaman onun dostları – ingilis dili müəllimi olan Cerri Bolduin, tarix müəllimi Zev Siql və yazıçı Gordon Bouker onun qəhvəsini o dərəcədə bəyənirlər ki, 1971-ci ildə Sietl-də şəxsi mağazalarını yaradırlar ki, nəticədə də bu ilk Starbucks olur. Yeni yaradılan mağaza investor Hovard Şulçs-un diqqətini cəlb edir və o 1984-cü ildə bu müəssisəni 4 milyon dollara əldə edir. Bolduin, Siql və Bouker elə həmin il əldə edilən pulları Starbucks в Peet’s Coffee & Tea-ə yatırırlar.

İlk olaraq Starbucks başqa ad daşıyırdı:

Hamıya məlumdur ki, Starbucks “Mobi Dik” romanında kapitan Axava-nın əsas köməkçisinin adını daşıyır. Lakin çox az insan bilir ki, bu məşhur qəhvə brendinin sahib olduğu ilk ad deyil. Bolduin, Siql və Bouker özlərinin ilk mağazasını yaratmağa qərar verdikdə onlar Pequod adını seçmişdilər. Bu həmin “Mobi Dik” romanında gəminin adı idi.

Starbucks kafeləri çoxdur və gələcəkdə daha çox olacaq:

Əgər sizə elə gəlirsə ki, dünya ölkələrində hər küncdə Starbucks-a rast gəlmək olar, haqlısınız. 1986-cı ildə cəmi 6 Starbucks mağazası mövcud idi. Brendin genişlənməsinə 1987-ci ildən start verilir. 1989-cu ildə bu göstərici artıq 46 olduğu halda, hazırda bu rəqəm 23 174-dür.

Heç kəs Starbucks-ı Santa fe Sprinqs əhalisi qədər çox sevə bilməz:

Santa fe Sprinqs Los-Angelosun yaxınlığında kiçik bir şəhərdir. Burada yerli əhalinin sayı az olsa da, burada 560 oturacaq yerli nəhəng Starbucks yerləşir. ABŞ-ın digər şəhərlərindən də buraya gələn müştərilərə görə, bəzən burada boş oturacaq tapmaq çox çətindir.

Strabucks-dakı qida McDonald’s-da olduğu kimi zərərlidir:

Starbucks-ın təklif etdiyi qidalar sizə McDonald’s menyusundakı qidalardan daha faydalı görünürsə yanılırsınız. Buradakı buterbrodların əksəriyyəti 400-dən çox kaloriyə ə 20 qram piyə malikdir.

Barlardan fərqli olaraq Starbucks istənilən ölçüdə içki təklif edir:

Maykl Blumberg Nyu-York şəhərinin meri olduğu zaman 500 ml-dən artıq olan qazlı içkiləri qadağan etmişdi. Belə ki, bu ölçü hər kəsə kifayət edirdi. Lakin onun qanunu qəhvəyə şamil edilmirdi və bu da özlüyündə müsbət hal idi. Çünki Starbucks 2011-ci ildə təqdim etdiyi Trento içkisinin qablaşdırma həcmi 916 ml idi.

Starbucks sığortaya qazandığı məbləğdən daha çox ödəyir:

Şirkət rəhbərliyinin bildirdiyinə görə, onlar əməkdaşların sığortası üçün həddindən artıq çox məbləğ ödəyirlər. 2008-ci ildə Starbucks üçün çətin dövr yarandıqda və invstorlar xərcləri azaltmağı tələb etdikdə, şirkətin icraçı direktoru Şulçs əməkdaşların sığortasını azaltmağa icazə verməmişdi. Qeyd edək ki, o zaman əməkdaşların sığortası ildə 300 milyon dollara bərabər idi.

Barista hər zaman alıcılara gülümsəməlidir:

Starbucksda işləyən hər bir barista işə başladıqda rəhbərlik tərəfindən müştəri ilə necə davranmalı olduğu haqqında təlimatlandırılır. Bu təlimatlardan ən mühümü baristanın daim alıcılara təbəssüm etməyə məcbur olmasıdır. Buna görə də, sizinlə həddindən artıq maraqlanan və səmi davranan Starbucks baristası gördükdə ağlınıza başqa bir şey gəlməsin… Bu sadəcə müdiriyyətin tapşırığıdır…

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər