10 C
Baku
Saturday, November 23, 2024

“Starlink” qlobal peyk sisteminə rəqib yarana bilər

Fransanın peyk operatoru “Eutelsat” və Böyük Britaniyanın “OneWeb” şirkəti yaxın günlərdə birləşmələrini elan edə bilərlər.

Bu, onlara “Starlink” peykləri şəbəkəsini orbitdə yerləşdirən ABŞ-ın “SpaceX” və “Amazon Project Kuiper” peyk proqramı ilə daha effektiv rəqabət aparmağa imkan yaradar.

Nəşrin məlumatına görə, razılıq bu gün əldə edilə bilər, lakin hər iki tərəf indiyədək hər hansı şərh verməkdən çəkinir.

Nəticədə yaranan şirkətin fransız, ingilis, çin və hindistanlı səhmdarları olacaq. “Eutelsat” hazırda “OneWeb”in 24%-nə, 18%-i Britaniya hökumətinə, 30%-i isə hindistanlı milyarder Sunil Bharti Mittala məxsusdur.

“Eutelsat”ın 20%-i Fransa dövlətinə, təxminən 7%-i isə Çin İnvestisiya Korporasiyasına (CIC) məxsusdur.

Böyük Britaniya və Fransa nümayəndələrinin birləşmiş şirkətin direktorlar şurasının üzvü olacağı gözlənilir, London isə milli təhlükəsizlik maraqlarının təmin edilməsi üçün ona xüsusi hüquqlar verən “qızıl pay”ı özündə saxlayacaq.

Qeyd edək ki, hazırda “OneWeb”in istehlakçıları yüksəksürətli internetlə təmin etmək üçün nəzərdə tutulan 428 peyki mövcuddur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər