12 C
Baku
Sunday, October 27, 2024

“Starlink” və “SpaceX” kənd ərazilərini İnternetlə təmin etmək üçün $885 mln. subsidiya alacaqlar

“Federal Communications Commission” (FCC) rəqəmsal texnologiyaların inkişafına ayrılacaq investisiyaların məbləğini açıqlayıb.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Bildirildiyi kimi, “Starlink” və “SpaceX” şirkətlərinə 885 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulur.

Hərracın ümumi məbləği 9,2 milyard dollar təşkil edib, ümumilikdə isə 180 şirkətin maliyyələşdirilməsi planlaşdırılır. Onlar gələcək 10 il ərzində 5,2 milyon ev və müəssisəni sürətli genişzolaqlı İnternet ilə təmin etməlidirlər. İnternetin sürəti 20 Mbit/s ilə 100 Mbit/s arasında olmalıdır.

Birinci mərhələdə provayderlər İnternetin mövcud olmadığı bölgələrə diqqət yetirməlidirlər. İkinci mərhələ isə İnternetin müqayisədə aşağı sürətli olduğu regionları əhatə edəcək.

Maliyyələşdirmə şərtlərinə görə “Starlink” etibarlı İnternet bağlantısını təmin etməlidir. Mütəxəssislərin fikrincə, ayrılan subsidiyalar şirkətə böyüməyə, o cümlədən abunəçi sayını əhəmiyyətli dərəcədə artırmağa kömək edəcək.

Qeyd edək ki, İnternet avadanlığı istifadəçilərə 499 dollara, aylıq abunə isə 99 dollara başa gələcək.

Son xəbərlər
Digər xəbərlər