21 C
Baku
Saturday, May 25, 2024

“Starlink”in Azərbaycan üçün öncədən sifariş qiyməti açıqlandı

Azərbaycanda ABŞ-ın “SpaceX” şirkətinə məxsus “Starlink” peyk xidmətlərindən istifadə etmək istəyənlər bunun üçün öncədən sifariş vermək üçün 9 ABŞ dolları (15,3 manat) ödəməli olacaqlar.

Bu barədə telekommunikasiya bazarındakı mənbəyə istinadən xəbər verir.

“Starlink” Azərbaycan ərazisində bu ildən başlayaraq xidmət göstərməyi hədəfləyir. Qurum fəaliyyətə başlamağın tənzimləyicinin təsdiqindən asılı olduğunu qeyd edib və hər bir əhatə dairəsi daxilində sifarişləri “birinci gələnə birinci xidmət” prinsipi əsasında yerinə yetirəcəyini bəyan edib.

Mayın 9-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) “SpaceX” arasında “Starlink”in internet xidmətlərinin Azərbaycanda da əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Sənədə “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və “Space X”ın prezidenti və əməliyyatlar üzrə baş direktoru Qvin Şotvel (Gwynne Shotwell) imza atıb. Razılaşmaya əsasən, Azərbaycan tərəfi şirkətin korporativ sahədə və gəmilərdə internet təchizatına dəstək verəcək.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər