“Starlink” şirkətinin peyk internet şəbəkəsində kütləvi nasazlıq baş verib. Xatırladaq ki, bu, milyarder İlon Maskın (196 milyard dollar sərvəti var, dünyada üçüncü yerdədir) startapıdır.
“Hazırda “Starlink” şəbəkəsində nasazlıq var və biz fəal şəkildə həll yolu axtarırıq. Səbriniz üçün təşəkkür edirik. Problem həll olunan kimi sizə məlumat verəcəyik”, – deyə məlumatda bildirilir.
Bu paylaşımdan yarım saat sonra “Starlink” problemi tamamilə həll etdiyini açıqlayıb.