26 C
Baku
Tuesday, July 16, 2024

Startap şəhadətnamələri ilə vergi güzəşti alan 2 startap-ın güzəştləri ləğv edilib

İndiyədək KOBİA-dan Startap şəhadətnaməsi alan 94 qurumdan ikisi də SmarTap və Push30 startapları olub.
Banker.az bu məlumatı ekspert Osman Gündüzə istinadən verir. Ekspertin bildirdiyinə görə: “Əldə etdiyim məlumata görə onlar ötən müddət ərzində dövriyyələrini kəskin artırdığından güzəşt hüququ verən Startap şəhadətnamələri qüvvədən düşmüş hesab edilib. Nəticədə böyük məbləğdə vergi ödəmək məcburiyyətində qalıblar.
Bunu belə hesab edən də Dövlət Vergi Xidmətidir.”
Ekspertin fikrincə burada maraqlı məqam KOBİA tərəfindən verilən bu güzəştlərdən adı çəkilən qurumların yetərincə bəhrələnməsi və inkişaf edə bilməsidir.
Yəni bu startaplar vergi güzəştləri əldə edərək, bu tip resursları da inkişafa yönəldərək qısa müddətdə yüksək inkişafa nail olublar.
Normalda onların bu addımları daha da dəstəklənməli və ekosistemə nümunə olmalıydı.
Yəni, əslində DVX diqqət yetirə bilərdi ki, cəmi bir startap qısa müddətə, indiyədək  şəhadətnamə alaraq güzəşt əldə edən startapların ödəyə biləcəyi vergidən dəfələrlə çox vergi ödəyə bilib.
Qeyd olunan mələsə ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə Banker.az tərəfindən sorğu göndəriləcək və məsələ ilə bağlı rəsmi mövqeni öyrənməyə çalışacağıq.
Son xəbərlər
Digər xəbərlər