24 C
Baku
Friday, September 27, 2024

“Startup Turkey 2014″-də QUTechnopark da təmsil olunacaq

Bu il fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində “Startup Turkey 2014″ tədbiri keçiriləcək. 3 gün davam edəcək tədbirə dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor iştirak edəcək. Tədbir əsasında seminar-konfranslar, investorlarla startapçılar arasında görüşlər və s. proqramlar keçiriləcək.

Antalyanın “Rixos Hotel”də baş tutacaq tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq və onların gələcək inkişaf mərhələləri müzakirə ediləcək.

“Startup Turkey 2014″ proqramında Qafqaz Universiteti Texnoparkının (QUTechnopark) direktoru dosent İsa Qasımov da iştirak edəcəkdir.

Bu proqramda Azərbaycandan Yüksək Texnologiyalar Parkının nümayəndəsi Ülvi Aslanov, həmçinin 7 startap layihəsi də – “MultiBon”, “Manads”, “Modaha”, “Nettrends”, “Socset”, “VitalCV” və “Loupse” – iştirak edəcəkdir.

Son xəbərlər
Digər xəbərlər