Statistika Komitəsi 1,6 milyonluq müqaviləni bu şirkətə həvalə etdi

0

Dövlət Statistika Komitəsi 1 mln. 557 min 458,48 manat məbləğində podrat işlərinin həyata keçirilməsi üçün “Araz-İnşaatçı” MMC ilə 4 müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə “Araz-İnşaatçı”ya  Yevlax Şəhər Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərini həyata keçirmək üçün 388,728 min manat ödənilməsi nəzərdə tutulub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Həmçinin “Araz-İnşaatçı” Şamaxı Rayon Statistika İdarəsi üçün inzibati binanın tikintisi işlərini (dəyəri 609 min 174,67 manatdır), Ağcabədi Rayon Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərini (327 min 866,16 manat), Ağsu Rayon Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərini (231 min 689,65 manat) həyata keçirəcək.