Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi muxtar respublikada bir işçiyə hesablanmış orta aylıq əməkhaqqının məbləğini açıqlayıb.
Banker.az Komitəyə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikası iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əməkhaqqı 596.2 manat olub.
Bu göstərici 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 9.3% çoxdur.