2023-cü ilin əvvəlindən Stavropol diyarı Azərbaycana günəbaxan yağının tədarükünü əhəmiyyətli dərəcədə artırıb. Bu barədə regionun Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Cari ilin ötən dövrü ərzində Azərbaycana günəbaxan yağının ixracı bir neçə dəfə artıb. Bu göstəricinin artımı regionun ərazisində istehsal olunmuş məhsulun yüksək keyfiyyəti, həmçinin beynəlxalq bazarlarda bu kateqoriya məhsullara tələbatın artımı ilə müəyyən edilib, bu da qeyd olunan istiqamətdə istehsal potensialının artmasına imkan yaradır”, – məumatda vurğulanır.
Stavropol diyarında günəbaxan yağnın ixracı strukturunda “Nevinnomıs maloekstarksionnıy zavod” MMC böyük paya malikdir. Müəssisədə gündəlik 400 min tonadək rafinə olunmuş deodorized yağ istehsal olunur.
Stavropol yağının ixracı dünyanın 12 ölkəsinə həyata keçirilir.