“Ölkələrimiz arasında münasibətlər son illərdə konstruktiv şəkildə və artan qarşılıqlı etimad əsasında inkişaf edib”.
Banker.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir.
“Sizi əmin edirəm ki, Almaniya dostluq əlaqələrimizin bundan sonra da genişləndirilməsinə böyük maraq göstərir”, – o qeyd edib.
Frank-Valter Ştaynmayer qeyd edib ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən mühüm iqtisadi və ticarət tərəfdaşıdır: “Azərbaycan ölkəmizin enerji təhlükəsizliyində, enerji təchizatının şaxələndirilməsində mühüm rol oynayır. Biz xüsusilə bu sahədə əlaqələri gələcəkdə məmnuniyyətlə gücləndirmək istəyirik”.