8 C
Baku
Thursday, December 12, 2024

Stenford universiteti

Stenford universiteti 1891-ci ildə Kaliforniya qubernatoru və dəmir yolu sahibkarı Leland Stenford tərəfindən yaradılıb. Universitet sahibkarın yeniyetmə yaşında dünyasını dəyişmiş kiçik Leland Stenfordun şərəfinə belə adlandırılıb. Lilian Stenford dəmir yolu maqnatı idi və 1861-1863-cü illərdə Kaliforniya ştatının qubernatoru olaraq çalışmış, 1865-ci ildə isə Senata seçilmişdir.

Stenford universitetində genetikadan tutmuş antropologiya mədəniyyətinə qədər elmin müxtəlif sahələrində araşdırmalar aparılır. Bu təhsil müəssisəsində işləyən müəllimləri sırasında bir neçə Nobel mükafatı laureatı da var.

Universitetin kampusu şəhər küçələrindən kənar təpələr arasında düzənlikdə yerləşir. Kampusun ümumi konsepsiyası landşaft dizayneri Frederik Lo Olmsted tərəfindən yaradılmışdır.  Bostondan olan memar Çarlz Kulic  isə binanın layihəsini tərtib etmişdir.

stanford_logo

Stenford universitetinin rektoru Con Hennesidir. Burada fəaliyyət göstərən müəllimlərin sayı isə 1700-dən çoxdur.  Stenfordda 6,5 mindən çox tələbə təhsil alır. Bu tələbələrin də 8 mini aspirantdır. Bütün tələbələrin 51%-ni qadınlar təşkil edir. Bu günkü günümüzdə Stenford universiteti dinamik olaraq inkişaf edən Asiya-Sakit okean regionunda ən böyük beynəlxalq təhsil mərkəzlərindən birinə çevrilib. Buna görə də, tələbələrin əksəriyyətinin əcnəbi tələbələr olması təəccüblü hal deyil.

Bu məşhur təhsil müəssisəsi əsas olaraq tibb və humanitar elmlər üzrə mütəxəssislərin yetişdirilməsi ilə məşğuldur.  Universitetin məşhur məzunu və əməkdaşalrı sırasında John McCarthy, Google yaradıcıları Sergey Brin və Larry Pedge, Cisco Systems yaradıcıları Len Bosak və Sendi Lerner də var.

Son xəbərlər
Digər xəbərlər