17 C
Baku
Wednesday, May 22, 2024

Sterotipləri sındıraq

Ən etibarlı banklar sırasında cəmi 1 İsveçrə bankı var

Çoxsaylı İsveçrə banklarından yalnız biri beynəlxalq nüfuza malik Global Finance nəşri tərəfindən tərtib olunmuş, dünyanın ən etibarlı maliyyə müəssisələrinin Top 50-liyinə daxil olmuşdur.

İlk onluğa müstəsna olaraq yalnız Avropa bankları daxil olmuşdur. İsveçrənin isə yalnız Zürcher Kantonalbank bankı üçüncü yeri tutmuşdur. İkinci yerdə isə Hollandiyanın Nederlandse Gemeenten bankıdır. Dünyanın ən etibarlı bankları reytinqinin lideri isə Almaniyanın Kreditanstalt für Wiederaufbau bankıdır.

İlk onluqda ən çox yer alan Almaniya bankları olub. Yuxarıda adını qeyd etdiyimiz bankdan əlavə bu siyahıda Landeskreditbank, Baden-Württemberg-Förderbank, NRW Bank və Landwirtschaftliche Rentenbank bankları da yer alıb.

Həmçinin Top 10-luğa Hollandiyanın maliyyə müəssisələri də daxil olmuşdur: Nederlandse Waterschapsbank və Rabobank Group. Fransa və Lixtenşteyn də siyahıda müvafiq olaraq hərəyə bir bank ilə təmsil olunub: Caisse des Dépôts et Consignations və Banque et Caisse d’Épargne de l’État.

Yeni Top 50-də (2012-ci ildə Global Finance ekspertləri onun artıq 21-ci dəfədir ki, tərtib edirlər) yeni bankların adı kifayət qədər çoxdur. Onlar daha çox Kanadadandır -7 bank. Yeni siyahıda ABŞ, Çili və Sinqapurdan olan «təzə təmsilçilərə» də rast gəlmək mümkündür.

Son xəbərlər
 ⁠
Digər xəbərlər