-3 C
Baku
Sunday, December 15, 2024

Steve Jobs “ödəniş dünyası”-nı necə dəyişdi?!

Steve Jobs – texnoloji dövrümüzün əsl dahisidir. 24 fevral bu dahi şəxsin doğum günü idi. Onun sərvəti milyardlarla, uğurları isə yaratdığı texnoloji yeniliklər ilə ölçülürdü.

Banker.az saytı Steve Jobsun ödəniş sənayesində hansı dəyişikliklər etdiyini nəzərinizə çatdırır:

Online ödənişlər inanılmaz templərlə inkişaf edir. Mobil telefonumuzda danışıq dəqiqələrini artırmaq, kommunal xidmətləri ödəmək və yaxud internetdən hər hansı bir əşyanı almaq üçün öz plastik kartımızın məlumatlarını internetə daxil edirik. Bütün bu əməliyyatları kompüter olmadan icra etmək mümkün olmazdı.

2000-ci illərdə amerikan ailələrinin 70%-i artıq fərdi kompüterlərdən istifadə edirdi. Lakin bu göstəriciyə nail olmaq üçün, bir neçə onillik gözləmək lazım oldu. Və bu gün kredit kartlarından istifadədə kompüterlərin müəyyən paya sahib olması Steve Jobsun xidmətlərindən biridir.

Steve Jobs-un ödəniş sahəsinə gətirdiyi rahatlıqlara başqa bir nümunə olaraq bir cihazda bir neçə funksiyanı birləşdirməyi misal çəkmək olar.

O 2001-ci ildə ilk iPod və iTunes-u təqdim etdikdə minlərlə insan öz kompakt disklərindən və audioplayerlərindən imtina edərək onları eBay-də satışa çıxarır.

Daha sonradan, 2011-ci ildə Steve Jobs mediaplayeri dünyanın ən böyük bank hesabı bazası adlandırdı. Bu zaman 200 milyon istifadəçi öz kredit kartı ilə təqbietməni əlaqələndirmişdi.

Steve Jobs iPhone smartfonunu yaratdıqda mobil bankçılıq haqqında söhbət belə getmirdi. İndi isə mobil telefon vasitəsilə edilən ödənişlər qlobal trendə çevrilib və dünya üzrə smartfon istehsalçıları bu trendi dəstəkləməkdədir.

Düzdür, mobil bankçılığı Steve Jobs yaratmayıb. Lakin iPhone smartfonunun peyda olması ilə insanlar bu sahə üzrə böyük addım atmış oldu. Apple smartfonunu pulqabıya çevirmək ideyası 2014-cü ildə yarandı. İndi kredit kartınızı smartfonunuz ilə əlaqələndirə və onunla mağazada ödəniş edə bilərsiniz.

Təbii ki, bütün bu rahatlıqlar Steve Jobsun əvəzsiz zəhməti olmadan mümkün deyildi.

 

Son xəbərlər
Digər xəbərlər