3 C
Baku
Saturday, March 2, 2024

Steve Jobs-un bəşəriyyətə “son sözü”

Apple şirkətinin yaradıcısı olan Steve Jobs həyatı və bütün fəaliyyəti boyu öz uğurları və bir sıra sitatları ilə digər insanları motivasiya etməyi bacarmış, onlara özünəinam hissini aşılamışdır. Steve Jobs xərçəng xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq həyata müsbət baxışını qoruyub saxlaya bilmişdi və onun dünyasını dəyişmədən bir müddət öncə səsləndirdiyi ifadələr hazırda bir çoxlarına həyatda ikinci bir şans qazaandırır:

“Biznesdə uğurun zirvəsinə yüksəldim. Həyatım digərlərinin gözündə uğurun simvolu idi. Lakin işdən əlavə mənim həyatımda sevincin sayı çox az idi. Zənginliyimə gəldikdə isə bu mənim vərdiş etdiyim bir şey idi.

Hazırda, xəstəxanada çarpayıda uzanaraq bütün həyatımı xatırlayıram. Başa düşürəm ki, həyatım boyu qürur duyduğum bütün tərif və zənginlik indi olduğum qaçılmaz ölüm ayağında çox cılız görünür.

Qaranlıqda, süni nəfəs cihazının yaşıl işığına baxdıqda və aparatların səslərini eşitdikdə ölümün yaxınlaşan nəfəsini hiss edirəm.

Mən yalnız indi dərk edirəm ki, kifayət qədər pulum olduqda həyatımın qalan hissəsini zənginliklə əlaqəli olmayan tamam başqa məqsədlər üçün sərf edərdim.

Ola bilsin daha vacib şeylər üçün:
Məsələn, sevgi hekayələri, incəsənət, uşaqlıq arzularım.

Mənfəət arxasınca daimi qaçış yürüşü insanı marionetkaya çevirir. Bu mənimlə də baş verdi. Allah yaxınlarımıza öz sevgimiz barədə bəhs etmək üçün bizi hislərlə yaradıb. Həyatım boyu qazandığım sərvəti özüm ilə apara bilmərəm. Özümlə apara bildiyim yeganə şey – sevgi ilə əlaqəli xatirələrimdir. Sizinlə getməli olan, sizi müşayiət etməli və irəli getmək üçün güc verməli olan əsl zənginlik məhz budur. Sevgi böyük məsafələri qət etməyə qadirdir. Həyatın sərhədi yoxdur. Fəth etmək istədiyiniz zirvələrə sahib olun. Ürəyinizin çağırdığı yerə gedin. Bütün bunlar öz əlinizdədir. Pulunuz olduqda sizi istədiyiniz yerə aparacaq, işdə və yaxud evdə işinizi sizin əvəzinizə görəcək insanlar tuta bilərsiniz. Lakin heç kəs sizin xəstəliyinizi özünə götürməyəcək. Əldən verdiyimiz maddi əşyaları tapmaq, qazanmaq, axtarmaq olar. Lakin itirdikdən sonra tapa bilməyəcəyiniz bir şey var. Bu həyatdır. İndi yaşınızın nə qədər olduğu və yaxud nələrə nail olduğunuz önəmli deyil. Hər birimizin həyatında pərdələrin enəcəyi gün gələcək. Sizin xəzinəniz – ailənizə, sevdiyiniz insana, yaxınlarınıza, dostlarınıza olan sevgidir… Özünüzü qoruyun. Digərlərinin qayğısına qalın”.

Son xəbərlər
Digər xəbərlər