14 C
Baku
Sunday, November 24, 2024

Stiv Cobsdan uğur tövsiyələri

1. Sevdiyin işlə məşğul ol. Öz həqiqi marağını tap və həyatı yaxşıya doğru dəyiş. İşi yaxşı görməyin yeganə üsulu bu işi sevmək və özünü bütünlüklə ona həsr etməkdir. 

2. Hamı kimi olma. Standart düşünmə. Hərbi dənizçi olmaqdansa, quldur olmaq daha yaxşıdır.

3. Nə ilə məşğul olmağından asılı olmayaraq, çalış ki, hər şeyi maksimum dərəcədə yaxşı edəsən. Uğur öz arxasınca başqa uğur gətirir, ona görə də hər şeydə maksimal uğura can at.

4. SWOT analizi üzərində işlə. Elə ki hər hansı bir kompaniyaya işə gəldin və ya yeni kompaniya yaratdın, həm özünün, həm də kompaniyanın zəif və güclü tərəflərinin siyahısı tərtib elə.

5. Fərasətli və uzaqgörən ol. Böyük sıçrayışa imkan yaradacaq fürsətlər axtar. Qəti və cəld qərarlar tələb edən ideyalar toplusunu tap və “o pəncərədən tullan”. Əksər hallarda ən çətini ilk addımı atmaqdır. Sadəcə bunu et. Öz ürəyinin hökmü və intuisiyaya qulaq asacaq qədər cəsarətə sahib ol.

6. Xırda şeylərdən başla, amma böyüklər haqqında xəyal eylə. Eyni anda həddindən artıq çox işlə məşğul olma. Əvvəlcə bir az sadə işlərdən başla və getdikcə, tədricən daha mürəkkəblərə keç. Və həmişə gələcək haqqında düşün.

7. Lider olmağa can at. Sənin nə ilə məşğul olmağından asılı olmayaraq, səndə ən qabaqcıl texnologiya olmalı və o, sənin nəzarətin altında yerləşməlidir. Əgər ən qabaqcıl başqa bir texnologiya varsa, ondan istifadə et, səndən başqa heç kəsin ondan istifadə etməməsinə fikir vermə. Birinci sən ol və həmin texnologiyanı işlədiyin sektorda standarta çevir.

8. Diqqətini nəticənin əldə olunmasına yönəlt, çünki insanlar səni işinin nəticələrinə əsasən qiymətləndirir. Keyfiyyət nümunəsinə çevril.

Bəzi insanlar onlardan yalnız görkəmli nailiyyətlərin gözlənildiyi işgüzar mühiti tapmaqda çətinlik çəkirlər. Ona görə də özünüzün bu rəqabətə davamlı üstünlüyünüzü reklam edin.

9. Müxtəlif mənbələrdən feedback (əks-əlaqə) almağa çalışın, insanların rəylərini öyrənin. Hər bir insan sizə faydalı nə isə deyəcək.

10. İnnovasiya edin. Məhz innovasiya liderləri davamçılardan fərqləndirir. Öz vaxtının 50%-ni yeni şeylərin yaradılmasına həsr et. Amma bu zaman minlərlə ideyaya “yox” de, elə olmasın ki, sən həddindən artıq innovasiyaya cəlb olunmuş olasan. Həqiqətən də vacib olan layihələrdə diqqətini cəmləşdir.

11. Uğursuzluqlardan nəticə çıxar. Bəzən innovasiya yaradarkən səhvə yol verirsən. Ən yaxşısı onları dərhal tanımaq və əgər həmin istiqamətin dalana dirənəcəyi məlum olarsa, öz güclərini digər bir innovasiyanın yaxşılaşmasına səfərbər etməkdir.

12. Dayanmadan öyrən. Həmişə öyrənəsi “daha bir nə isə” olacaq və onu mütləq bilmək vacibdir. İdeyaların digər insanlar ilə çarpaz mübadiləsini həyata keçirin.

Son xəbərlər
Digər xəbərlər