24 C
Baku
Thursday, July 10, 2025

Stiv Cobsun tərcümeyi-halı hərracda $222 000-a satılıb

“Apple” korporasiyasının qurucusu Stiv Cobsun tərcümeyi-halı “Charterfields” auksionunda 162 min funt sterlinq ($221 810) qiymətinə satılıb. Sahibkar bu anketi hələ 1973-cü ildə doldurub.

Hərraclar 24 mart çərşənbə günü günorta saatlarında başa çatıb. Qeyd edək ki, Stiv Cobsun tərcümeyi-halının yeni sahibi kim olduğu açıqlanmır.

Gələcək milyarder CV-də “kompüter və kalkulyatorlar” ilə təcrübəsindən, eyni zamanda elektron texnologiya və rəqəmsal dizayn sahəsindəki qabiliyyətlərindən bəhs edir.

Təsvirdə anketin yaxşı vəziyyətdə olduğu vurğulanır. Müraciət orijinallıq sertifikatları ilə təsdiq edilir. Bu, ilk auksion deyil. Belə ki, 2018-ci ildə Stiv Cobsun tərcümeyi-halı 175 min dollar qiymətinə satılıb.

Stiv Cobs ilə əlaqəli əşyalar mütəmadi olaraq hərraclarda satılır və alınır. Məsələn, 2017-ci ildə “Apple” qurucusunun imzaladığı 24 oktyabr 1998-ci il tarixli “Newsweek” jurnalının bir nüsxəsi 50.000 dollardan baha qiymətə satılıb.

Son xəbərlər
Digər xəbərlər