11 C
Baku
Monday, December 23, 2024

Stiv Jobsun 3 tarixcəsi

Mən heç bir institut bitirməmişəm. Bu gün sizə öz həyatımdan üç tarixcə danışacağam. Vəssalam.  Təntənəli heç nə yoxdur. Sadəcə üç tarixcə.

Birinci tarixcə – nöqtələrin birləşməsi haqqında.

Mən təhsil almağa başladığım  6 aydan sonra Reed College-i tərk etdim, lakin getməzdən əvvəl orada “qonaq” sifətilə daha 18 ay qaldım. Mən oxumağı nə üçün atdım?

Hər şey mən hələ anadan olmamış başlanmışdı. Mənim bioloji anam gənc, ərdə olmayan aspirant qız idi və o məni oğulluğa vermək qərarına gəlmişdi. O, mənim ali təhsilli insanlar tərəfindən oğulluğa götürülməyimi təkid edirdi, bu səbəbdən mənə hüquqşünas və onun arvadı tərəfindən oğulluğa götürülməyim nəsib oldu. Düzdür, mənim dünyaya gəlməyimə bir dəqiqə qalmış onlar qız istədiklərini bildirdilər. Bu səbəbdən onlara gecə zəng etdilər və soruşdular: “Gözlənilmədən oğlan olub. Siz onu istəyirsiz?”. Onlar dedilər: “Əlbəttə”. Sonra mənim bioloji anam bildi ki, mənim analığım kollec məzunu deyil, mənim atam isə heç vaxt məktəb məzunu olmayıb. O, oğulluq haqqında kağızları imzalamağa razılıq vermədi. Və ancaq bir neçə aydan, valideyinlərim mənim mütləq kollecə gedəcəyimi vəd etdikdən sonra razılıq verdi.

Və 17 ildən sonra mən kollecə getdim. Lakin mən sadəlövhlüklə Stenford kimi bahalı bir kolleci seçmişdim  və mənim valideyinlərimin topladıqları vəsait ora hazırlaşmaq üçün xərclənmişdi.  Altı aydan sonra mən təhsil almağının heç bir mənasını görmürdüm. Mən həyatımda nə etmək istədiyimi bilmirdim və başa düşmürdüm ki, kollec bunu anlamağa mənə necə kömək edəcək. Və sadəcə valideyinlərimin ömrü boyu topladöqları pulları xərcləyirdim. Bu səbəbdən, mən kolleci atmaq və hər şeyin yaxşı olacağına inanmaq qərarına gəldim. Əvvəl qorxmuşdum, lakin indi geriyə baxaraq, başa düşürəm ki, bu mənim həyatımda ən yaxşı qərar olub. Kolleci atdığım anda mənə maraqlı gələn dərslərdə olmaq və tələb olunan dərslərin mənə maraqsiz olduğunu deməməyə bilərdim.

Hər şey elə də romantik deyildi. Yataqxanada mənim otağım yox idi, bu səbəbdən mən dostlarımın otaqlarında döşəmədə yatırdım, yemək almaq üçün Kola butılkalarını 5 sentə satırdım və hər bazar günü axşam bütün şəhəri fırlanaraq, həftədə bir dəfə normal yemək üçün krişnaitlərin məbədinə gedirdim. Ora mənim xoşuma gəlirdi. Və mənim hər şeyi bilmək həvəsim və intuisiyamın arxasınca getməyim, qarşılaşdığım bir çox şeylərin sonra dəyərsiz olduğunu meydana çıxartdı.

Budur bir misal:

Reed College həmişə kalliqrafiya üzrə ən yaxşı dərslər təklif edirdi. Bütün kampusda hər bir poster, hər bir işarə əllə kalliqrafik xəttlə yazılmışdır.  Mən kollecdən çıxmağım səbəbindən adi dərslərə getmirdim, amma kalliqrafiya dərslərinə yazıldım.  Mən serif və sans serif, hərflər kombinasiyası arasında müxtəlif boşluqlar, tipoqrafikanı nəyin belə gözəl etdiyi haqqında çox şey öyrəndim.  O gözəl idi, tarixi idi, o dərəcədə ustalıqla incələşdirilmişdi ki, elm bunu başa düşə bilməzdi.

Bunlardan heç biri mənim həyatıma yararlı kimi görünmürdü. Lakin on ildən sonra, biz birinci Makintoşu hazırlayarkən, bunlar hamısı gərəyimizə çatdı. Və Mak gözəl tipoqrafikası olan birinci kompüter oldu. Əgər mən kollecdə həmin kursa yazılmasaydım, Makın heç vaxt bir neçə qarnituru və proporsional şriftləri olmazdı. Windows-u isə sadəcə Makdan  köçürdükləri üçün, personal kompüterlərdə onlar ümumiyyətlə olmayacaqdı.  Əgər mən o vaxt kolleci tərk etməsəydim, mən heç vaxt o kalliqrafiya kursuna yazılmayacaqdım və kompüterlərin indiki kimi son dərəcə gözəl tipaqrafikası olmayacaqdı.

Əlbəttə, mən kollecdə olduğum zaman bütün bu nöqtələri vahid bir yerə toplamaq olmazdı. Lakin on ildən sonra, hər şey aydın oldu.

Bir daha: siz nöqtələri irəliyə baxaraq birləşdirə bilməzsiz; siz onları ancaq keçmişə dönüb baxaraq birləşdirə bilərsiz. Bu səbəbdən, siz bir gün gələcəkdə birləşdirəcəyiniz nöqtələrə etibar etməli olacaqsınız.  Sizə nəyə isə: öz xasiyyətinizə, taleyinizə, həyatınıza, karmaya-  nəyə istəsəniz ümid olmalısınız. Bu yanaşma məni heç vaxt yolda qoymayıb və bütün həyatımı dəyişdirib.

Mənim ikinci tarixcəm sevgi və itirmək haqqındadır .

Mənim bəxtim gətirib, həyatımda ən çox xoşladığım işi olduqca tez tapmışdım.  20 yaşım olanda, Woz və mən Apple-in binövrəsini valideyinlərimin qarajında qoyduq. Biz səylə işləyirdik və on ildən sonra Apple qarajdakı iki nəfərdən 2 milyard dollar vəsaiti olan 4000 min işçisi olan şirkətə kimi böyüdü. Biz bir il əvvəl, yaratdıqlarımız içində ən yaxşısı olan Makintoş-u buraxdıq və bu vaxt mənim 30 yaşım tamam olmuşdu.  Sonra məni işdən azad etdilər. Sizi yaratdığınız şirkətdən necə azad edə bilərlər? Apple böyüdükcə şirkəti idarə etməkdə mənə kömək göstərməkləri üçün, savadlı adamları işə götürürdük və birinci beş il hər şey yaxşı gedirdi. Lakin sonra bizim gələcəyi görməmiz fərqlənməyə başladı və biz son nəticədə dalaşdıq. Bu səbəbdən mən 30 yaşımda işdən çıxarıldım. Həm də hamının gözü qabağında.  Mənim bütün həyatımın mənası puç oldu.

Mən bir neçə ay nə etməli olduğumu bilmirdim. Mən keçmiş nəsil iş adamlarını aldatdığımı, estafet çubuğunu mənə verərkən əlimdən yerə saldığımı hiss edirdim. Mən David Packard və Bob Noyce-lə görüşdüm və başıma gələnlərə görə üzr istəməyə cəhd etdim.  Bu açıq muğursuzluq idi və mən hətta hara isə uzağa qaçmaq haqqında düşünürdüm. Lakin məndə nə isə yavaş-yavaş daxildə aydınlaşmağa başladı, mən hələ də etdiyim işi sevirdim.  Apple-da gedən hadisələr hər şeyi bir qədər dəyişdi. Mən rədd edilmişdim, lakin işimi sevirdim. Və sonda mən hər şeyi yenidən başlamaq qərarına gəldim.

Mən o vaxt başa düşmürdüm, lakin bəlkə də Apple-dən işdən çıxarılmağım mənimlə baş verə biləcək ən yaxşı hadisə idi. Şanslı insan yükü, yeni başlayanın yüngülxasiyyətliyinə, nəyə isə daha az əminliyinə çevrilmişdi. Mən azad oldum və ömrümün ən kreativ dövrlərindən birinə daxil oldum.

Gələn beş il ərzində mən NeXT şirkətini, Pixar adlandırılan digər şirkəti təsis etdim və sonradan həyat yoldaşım olacaq ecazkar bir qadına aşiq oldum.   Pixar birinci olaraq Toy Story kompüter animasiyası filmi yaratmışdır və hal hazırda dünyada ən uğurlu animasiya studiyasıdır.   Son dərəcə maraqlı hadisələr gedişində Apple NeXT-i aldı, mən Apple-ə qayıtdım və NeXT tərəfindən hazırlanmış texnologiya Apple-in hazırki bərpasının ürəyi oldu. Laurene və mən isə, çox gözəl ailə qurduq.

Əminəm ki, məni Apple-dəki işimdən azad etməsəydilər, bunların heç biri olmayacaqdı. Dərman acı idi, lakin o pasiyentə kömək etdi. Bəzən həyat sizin başınızdan kərpiclə vurur. İnamınızı itirməyin. Mən əminəm ki, mənə işimi davam etməyə yeganə kömək edən şey, öz işimi sevməyim olub. Sizə nəyi sevdiyinizi tapmaq lazımdır.  Bu həm iş üçün,  həm də münasibətlər üçün düzdür. Sizin işiniz həyatınızın böyük hissəsini tutacaq və tamamilə razı olmaq üçün yeganə üsul, sizin fikrinizcə büyük olan işi görməkdir. Və böyük işləri görmək üçün yeganə üsul, etdiyiniz işi sevməkdir. Əgər siz öz işinizi tapmamısınızsa, axtarın. Dayanmayın. Bütün məhəbbət işlərində olduğu kimi, siz bunu tapanda biləcəksiniz. Və hər hansı bir yaxşı münasibət kimi, onlar illər keçdikcə daha yaxşı olur. Bu səbəbdən, tapana qədər axtarın. Dayanmayın.

Mənim üçüncü tarixcəm ölüm haqqındadır.

17 yaşında olarkən, mən buna oxşar bir sitat oxudum: “Siz hər günü, axırıncı gün kimi yaşayırsınızsa, nə vaxt isə haqlı olacaqsız”.   Sitat mənə təsir etdi, və o vaxtdan mən artıq 33 ildir hər gün güzgüyə baxaraq özümdən soruşuram: “Əgər bu günkü gün həyatımda axırıncı olsa idi, mən bu gün edəcəyimi etmək istərdimmi?”  Və cavab bir neçə gün ərzində dalbadal “Yox” olduğu halda, mən nəyin isə dəyişmək lazım olduğunu başa düşürdüm.

Bu yaxınlarda öləcəyim haqqında bilməyim, mənim həyatımda mürəkkəb qərarlar qəbul etmək üçün kömək edən ən vacib vasitədir.   Çünkı qalan hər şey: yad fikir, bütün vüqar, utanmaq yaxud müvəffəqiyyətsizlik qorxusu, bütün bunlar ancaq həqiqətən vacib olanları saxlayaraq ölüm qarşısında əhəmiyyətini itirirlər. Ölüm haqqında bilmək nəyi isə itirə biləcəyiniz haqqında fikirlərdən xilas olmaq üçün ən yaxşı üsuldur..Siz artıq  çılpaqsız. Sizin artıq ürəyinizin çağırışına doğru getməyinizə səbəb yoxdur.

Təxminən bir il əvvəl məndə xərçəng xəstəliyi tapdılar. Mənə səhər 7:30-da skan gəldi və o aydın olaraq mədəaltı vəzidə şiş göstərirdi.   Mən hətta mədəaltı vəzin nə olduğunu bilmirdim. Həkimlər bu tip xərçəngin müalicəsinin mümkün olmadığını və mənim yaşamağıma üç-altı ay qaldığını dedilər.  Mənim həkimim evə getməyimi və işlərimi qaydaya salmağı məsləhət gördü (bu həkimlərdə o deməkdir ki, ölməyə hazırlaş).  Deməli bu, uşaqlarına sonrakı 10 ildə deyəcəyini deməyə cəhd etməkdir.  Bu ailənə mümkün qədər rahat olması üçün hər şeyin yaxşı olmasına əmin olmaq deməkdir.  Bu vidalaşmaq lazım olduğu deməkdir.

Mən bütün günü bu diaqnozla yaşadım. Daha sonra axşam mənə biopsiya etdilər, boğazıma endoskop daxil etdilər, mədə və bağırsaqlardan keçirdilər, mədəaltı vəziyə iynə daxil edib şişdən bir neçə hüceyrə götürdülər. Mən huşsuz halda idim, lakin orada olan arvadım həkimlərin mikroskop altında hüceyrələrə baxdıqdan sonra qışqırdıqlarını dedi, çünki məndə əməliyyat yolu ilə müalicəsi mümkün olan mədəaltı vəzi xərçənginin çox nadir növü aşkar olunmuşdu. Mənim üzərimdə əməliyyat etdilər və hal hazırda məndə hər şey qaydasındadır.

O zaman, ölüm mənə hər şeydən çox yaxınlaşdı.  Bunu yaşadıqdan sonra, ölümün faydalı, lakin aşkarcasına uydurulmuş konsepsiya olduğundan, mən indi aşağıdakını daha çox əminliklə deyə bilərəm:

Heç kim ölmək istəmir. Hətta cənnətə düşmək istəyən insanlar belə ölmək istəmirlər. Lakin heç nəyə baxmayaraq, ölüm hamımız üçün təyin olunmuş məntəqədir.  Heç kim, heç vaxt bundan xilas ola bilməyib. Belə də olmalıdır, çünki Ölüm yəqin ki Həyatın ən yaxşı ixtirasıdır. O dəyişikliklərin səbəbidir. O yeniyə yol açmaq üçün köhnəni təmizləyir. Hal hazırda yenisi sizsiniz (çox da qalmayıb), siz qocalacaqsınız və sizi aradan götürəcəklər.  Belə faciəviliyə görə bağışalyın, lakin bu belədir.

Sizin vaxtınız məhduddur, və bu səbəbdən onu başqasının həyatına sərf etməyin. Başqa isnsanların fikri ilə yaşamağı deyən doqmanın tələsinə düşməyin.  Daxili səsinizi kəsməyə çalışan adamların fikirlərinə imkan vernəyin. Və ən vacibi, öz ürəyinizin və intuisiyanızın arxasınca getməyə cəsarətiniz olsun.   Onlar hansısa yolla sizin kim olmaq istədiyinizi artıq bilirlər. Qalan hər şey ikinci dərəcəlidir.

Son xəbərlər
Digər xəbərlər