4 C
Baku
Wednesday, January 21, 2026

Stiv Uitkoff yanvarın 22-də Putinlə görüşə bilər

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, yanvarın 22-də Rusiya lideri Vladimir Putin ilə görüş keçirilə bilər.

“Biz onunla cümə axşamı görüşməliyik. Görüşün keçirilməsini Rusiya xahiş edib”, — deyə Uitkoff CNBC telekanalına müsahibəsində bildirib. Ona Rusiya–ABŞ danışıqları və Ukrayna üzrə nizamlanma məsələsində irəliləyişlə bağlı sual ünvanlanıb.

“Düşünürəm ki, bu, Rusiya tərəfdən vacib bəyanatdır. Və mən hiss edirəm ki, hamı Ukraynada sülh istəyir”, — deyə ABŞ prezidentinin xüsusi nümayəndəsi vurğulayıb.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tarixlər razılaşdırıldıqdan sonra ABŞ nümayəndə heyətini Ukrayna mövzusu üzrə yeni səfərlə qəbul etməyə hazırdır.

Son xəbərlər
Digər xəbərlər